Salyanda baş verən yanğında xəsarət alan uşaq Şanlıurfada müalicə edilir - VİDEO

Salyanda baş verən yanğında xəsarət alan uşaq Şanlıurfada müalicə edilir - VİDEO

Hazırda oxunan: Salyanda baş verən yanğında xəsarət alan uşaq Şanlıurfada müalicə edilir - VİDEO

155845

Salyanda qardaşını yanğından xilas etməyə çalışarkən bütün dərisini yandıran 10 yaşlı İsmayıl İsmayılzadə qardaş Türkiyəyə aparılaraq dərhal müalicəsinə başlanılıb.  

Bizim.Media xəbər verir ki, əzələ və ayaqlarından götürülən dəri hissəcikləri yanan hissələrə yerləşdirilib.  

Həkimlərin sözlərinə görə, 10 yaşlı İsmayıl 1 aya xəstəxanadan evə buraxılacaq və ev şəraitində fiziki müalicə alacaq.  

Qeyd edək ki, aprel ayının 3-də Salyanın Şəkərli kəndində qeydə alınan yanğın zamanı 5 yaşlı Nihad İsmayılzadə tüstüdən boğularaq hadisə yerində ölüb.
Onu xilas etməyə çalışan qardaşı, 10 yaşlı İsmayıl İsmayılzadə isə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO