Goranboyda ƏMƏLİYYAT: Mal-qara oğruları saxlanıldı

Goranboyda ƏMƏLİYYAT: Mal-qara oğruları saxlanıldı

Hazırda oxunan: Goranboyda ƏMƏLİYYAT: Mal-qara oğruları saxlanıldı

150806

Goranboy Rayon Polis Şöbəsinin  əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi təsərrüfatdan 35 baş xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Səbuhi Abdullayev, Daşqın Qəmbərov və Tərtər rayon sakini Rövşən Muxtarov saxlanılıblar. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb. 

Bildirilib ki, dindirilmə zamanı həmin şəxslər törətdikləri əməli etiraf edərək oğurluq yolu ilə ələ keçirdikləri xırdabuynuzlu heyvanları satdıqlarını və əldə etdikləri pulları öz aralarında böldüklərini bildiriblər. 

Faktla bağlı Goranboy RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb,  araşdırmalar davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO