Şəmkirdə ağır qəza: 2 ölü, 1 yaralı var

Şəmkirdə ağır qəza: 2 ölü, 1 yaralı var

Hazırda oxunan: Şəmkirdə ağır qəza: 2 ölü, 1 yaralı var

149080

Şəmkirdə ağır yol nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobil hərəkətdə olan digər nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində Tovuz rayon sakinləri, 1961-ci il təvəllüdlü Bədirov Fəxrəddin Rəşid oğlu və onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Bədirova Cəmilə Mirzə qızı ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.  Qadının həyatını xilas etmək mümkün olmayıb. 

"Mercedes" markalı avtomobilin sürücüsü isə hadisə yerində dünyasını dəyişib. Onun şəxsiyyəti müəyyənləşdirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO