Zaqatalada ağır qəza: Üç nəfər xəsarət aldı - Biri azyaşlıdır

Zaqatalada ağır qəza: Üç nəfər xəsarət aldı - Biri azyaşlıdır

Hazırda oxunan: Zaqatalada ağır qəza: Üç nəfər xəsarət aldı - Biri azyaşlıdır

146700

Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatalanın Lahıc kəndi inzibati ərazisindən keçən hissəsində minik avtomobili qəza törədib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hərəkətdə olan minik avtomobili sürət həddini aşdığından idarəetmədən çıxıb və yolun kənarındakı ağaca çırpılıb. 

Qəza zamanı avtomobildə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan birinin azyaşlı olduğu deyilir. 

Hadisə yerinə Təcili Tibbi Yardım avtomobili cəlb edilib.

Qəzada yaralanalar  Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Xəstəxanada yaralılara ilkin tibbi yardım göstərilib. 

Hadisənin baş vermə səbəbləri araşdırılır.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO