Vətən müharibəsi qazisi məktəb direktoru təyin olundu – FOTO  

Vətən müharibəsi qazisi məktəb direktoru təyin olundu – FOTO  

Hazırda oxunan: Vətən müharibəsi qazisi məktəb direktoru təyin olundu – FOTO  
126454
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vətən müharibəsi qazisi Qurbanov Ceyhun Qürbət oğlu Lənkəran - Astara Regional Təhsil İdarəsi üzrə şagird sayı 500-ə qədər olan ümumtəhsil müəssisələrində vakant olan direktor vəzifəsi üzrə müsabiqə və müsahibə mərhələsindən uğur qazanaraq Elm və Təhsil nazirinin müvafiq əmri ilə Masallı rayonu Köçəkli kənd S.Rəhimov adına tam orta məktəbinə direktor vəzifəsinə təyinat alıb. 

Bizim.Media xəbər verir ki, Masallı rayonu Qarğalıq kənd tam orta məktəbinin tarix müəllimi olan Qurbanov Ceyhun Qürbət oğlu Cəbrayıl və Qubadlı rayonlarının düşməndən azad olunması zamanı kəşfiyyat tağım komandiri kimi bir çox mühüm tapşırıqları layiqincə yerinə yetirib. 

Qubadlı rayonu uğrunda gedən son döyüşlərdə yaralanıb. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən "Cəsur döyüşçü", "Cəbrayıl rayonunun azad olunması uğrunda", "Qubadlı rayonunun azad olunması uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub. 

Vətən müharibəsi qazisi məktəb direktoru təyin olundu – FOTO   - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO