FHN:

FHN: "Hatayda zəlzələ nəticəsində xilasedicilərimiz arasında xəsarət alan yoxdur"

Hazırda oxunan: FHN: "Hatayda zəlzələ nəticəsində xilasedicilərimiz arasında xəsarət alan yoxdur"
121605
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Hatayda zəlzələ nəticəsində Fövqəladə Hallar Nazirliyinin xilasedicələri arasında xəsarət alan yoxdur". 

Bizim.Media xəbər verir ki, bunu Report-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinin baş məsləhətçisi Turqay Abbaslı deyib. 

"Bildiyiniz kimi, bir necə dəqiqə əvvəl Türkiyənin Hatay şəhərində güclü zəlzələ baş verdi. Zəlzələ nəticəsində Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin arasında xəsarət alan olmayıb. Hazırda qüvvələrimiz tərəfindən axtarış-xilasetmə işləri davam etdirilir", - deyə FHN rəsmisi vurğulayıb. 

Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib. 

Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO