Azərbaycanda bir gündə 37 zəlzələ - Yerin altında gərgin proseslər gedir

Azərbaycanda bir gündə 37 zəlzələ - Yerin altında gərgin proseslər gedir

Hazırda oxunan: Azərbaycanda bir gündə 37 zəlzələ - Yerin altında gərgin proseslər gedir
12057
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycanda demək olar ki, hər gün zəlzələ qeydə alınır. Sutka ərzində 37 dəfə yeraltı təkan olub”

Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Bizim.Media-ya açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

50 ildən sonra Xəzərin dibi 100 metr aşağı enəcək? - Tanınmış ekoloq


Onun sözlərinə görə, yeraltı təkanlar çox zəif olduğundan, hiss edilməyib, prosesi yalnız cihazlar qeydə alıb.

Qurban Yetirmişli  bu gün Ermənistan ərazisində baş verən zəlzələnin Azərbaycanın bəzi rayonlarında hiss olunduğunu da söyləyib.

Məlumata əsasən, zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Qazax, Gədəbəy və Tovuzda 3-4 bala qədər hiss edilib:

“Bunun əsas səbəbi yerdaxili gedən gərgin proseslərdir. Hərəkətlər nəticəsində bloklar arasında horizontal, vertikal qırılmalar olduğundan, bir blokun hərəkəti digərinə nisbətən çox və yaxud da az olduğu üçün sıxılmalar gedir".

"Bəzən vəziyyət elə kritik həddə gəlir ki, hazırkı blokun sürəti az olduğundan arxadakı blok onu sıxışdıraraq parçalanma yaradır və dalğa hər yerə yayıldığı üçün yer üzərində silkələnmələr əmələ gəlir”,- deyə o, qeyd edib.

Gül Qədirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO