Xəzər rayonunda XÜSUSİ ƏMƏLİYYAT: 46 nəfər saxlanıldı – FOTO/VİDEO 

Xəzər rayonunda XÜSUSİ ƏMƏLİYYAT: 46 nəfər saxlanıldı – FOTO/VİDEO 

Hazırda oxunan: Xəzər rayonunda XÜSUSİ ƏMƏLİYYAT: 46 nəfər saxlanıldı – FOTO/VİDEO 

118066

Xəzər rayonunda bu ilin yanvar ayında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 46 nəfər saxlanılıb. 

Bu barədə Bizim.Media-ya DİN-dən məlumat verilib. 

Bildirilir ki, Xəzər Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən yanvar ayı ərzində Mərdəkan, Türkan, Şüvəlan, Binə, Şağan qəsəbələri, həmçinin rayonun digər ərazilərində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, kultivasiyası və satışı ilə məşğul olan ümumilikdə 46 nəfər saxlanılıb. 

Həmin şəxslərdən külli miqdarda heroin, tiryək, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları əsasən İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Xəzər rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Bizim.Media
 



 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO