Heydər Əliyev Beynəlxalq Aeroportunda 485 min manatlıq brilyant qaş aşkarlandı - VİDEO

Heydər Əliyev Beynəlxalq Aeroportunda 485 min manatlıq brilyant qaş aşkarlandı - VİDEO

Hazırda oxunan: Heydər Əliyev Beynəlxalq Aeroportunda 485 min manatlıq brilyant qaş aşkarlandı - VİDEO
10410
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda brilliant qaşların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus çamadan Heydər Əliyev Beynəlxalq Aeroportunda rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri müşahidə edilib.

Təkrar baxış zamanı çamadanda olan "Nesquik" və "İntense" kakao qutuları, "Baby Wipes" nəm salfet paketi və "Kenwood" markalı şirəçəkən maşının içində, ümumilikdə 10 ədəd sellofan büküm aşkar olunub.

Həmin bükümlərin içərisindən isə müxtəlif ölçüdə brilliant qaşlar aşkara çıxarılıb.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO