Abdullah Gül İlham Əliyevi TƏBRİK ETDİ 

Abdullah Gül İlham Əliyevi TƏBRİK ETDİ 

Hazırda oxunan: Abdullah Gül İlham Əliyevi TƏBRİK ETDİ 
179563
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Prezident. 

Qardaş Azərbaycan xalqının prezident seçkilərində Sizə bir daha etimad göstərməsini böyük məmnunluq hissi ilə qarşıladım. 

Ulu Öndərimiz Heydər Əliyevin bu ali dövləti vəzifənizdə indiyədək müvəffəqiyyətlə davam etdirdiyiniz irsini daha da irəliyə aparacağınıza ürəkdən inanıram. Bu xüsusda seçkilərdə qazandığınız zəfər münasibətilə Zati-alinizi ürəkdən təbrik edirəm. 

Sizin liderliyinizlə Azərbaycan Ordusunun və xalqının göstərdiyi cəsarət və əzm nəticəsində Qarabağın işğaldan azad edilməsini sonsuz sevinc və qürur hissi ilə izləmişəm. Heç şübhəsiz ki, bu şanlı Zəfər bütün Türk dünyasının daha sıx birləşməsi istiqamətində dönüş nöqtəsidir. 

Qarabağ Zəfəri göstərdi ki, Azərbaycan siyasi, iqtisadi və hərbi sahələrdə bölgədə lider ölkədir.

Bundan sonrakı müddətdə həmin Zəfərin sülh müqaviləsi ilə taclandırılması problemlərin ortaq iradə və konstruktiv düşüncə ilə birdəfəlik həllinin mümkünlüyünü bütün dünyaya göstərəcəkdir. 
Fürsətdən istifadə edərək, Zati-alinizi yenidən Prezident seçilməyiniz münasibətilə bir daha təbrik edir, Sizə və ailənizə, bütün Azərbaycan xalqına əmin-amanlıq arzulayıram". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO