Dünya Bankının vitse-prezidenti Azərbaycan Prezidentini təbrik edib

Dünya Bankının vitse-prezidenti Azərbaycan Prezidentini təbrik edib

Hazırda oxunan: Dünya Bankının vitse-prezidenti Azərbaycan Prezidentini təbrik edib
179089
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Bizim.Media xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Ötən illər ərzində Sizinlə və Azərbaycan hökuməti ilə əməkdaşlığımızdan məmnun olmuşuq. Dünya Bankı Qrupu ölkənin 2022-2026-cı illəri əhatə edən Sosial-İqtisadi İnkişaf Strategiyasında əksini tapmış əsas strateji prioritetlərin həyata keçirilməsində Sizi dəstəkləməyə sadiqdir.

Biz bütün Azərbaycan vətəndaşlarının faydalanacağı investisiya siyasətinin hazırlanması və həyata keçirilməsində hökumətinizə yardım üçün qlobal təcrübəmizi bölüşməyə hazırıq.

Son onillik ərzində Azərbaycan öz inkişafında mühüm nəticələr əldə edib. Ölkənin iqtisadiyyatının şaxələndirilməsi, neft və qaz sektorundan asılılığın azaldılması məqsədilə hərtərəfli islahatların həyata keçirilməsi ilə bağlı öhdəliyinizi yüksək qiymətləndirirəm.

Mən, həmçinin Sizi Azərbaycanın COP29-a ev sahibliyi edəcəyinə və bununla da iqlim fəaliyyətinə dair qlobal diskursun formalaşmasına kömək etməyə hazır olduğunuzu nümayiş etdirdiyinizə görə təbrik edirəm.
Sizə yeni Prezident mandatınızda uğurlar arzulayıram və əməkdaşlığımızın davam edəcəyinə ümid edirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO