Ceyms O`Brayen: “ABŞ-ın Azərbaycana qanunsuz silah tədarükü barədə məlumatı yoxdur”

Ceyms O`Brayen: “ABŞ-ın Azərbaycana qanunsuz silah tədarükü barədə məlumatı yoxdur”

Hazırda oxunan: Ceyms O`Brayen: “ABŞ-ın Azərbaycana qanunsuz silah tədarükü barədə məlumatı yoxdur”
164579
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“ABŞ Türkiyəyə satdığı və ya ötürdüyü silahların Azərbaycana qeyri-qanuni tədarükü və ya istifadəsini müşahidə etməyib”. 

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib. 

Nümayəndə Dina Titus Türkiyənin əvvəlki əməliyyatlar zamanı Azərbaycanda F-16 qırıcılarından istifadə etməsi ilə bağlı yayılan məlumatlarla bağlı sualına O`Brayen  “NATO və müttəfiqi Türkiyənin  bu sahədə əlaqələrin çox şəffaf olduğunu və ABŞ-ın qeyri-qanuni təchizat əlaməti görməyib” deyə cavab verib. 
“Bizim aydın təlimatlarımız var. Mən heç vaxt qeyri-qanuni daşınma əlamətlərinə rast gəlməmişəm. Praktikada bu məsələdə son dərəcə diqqətliyik. Bu münasibət çox şəffafdır, xüsusən də NATO-nun müttəfiqi olan Türkiyə ilə... Mən (əvvəlki əməliyyatlarda F-16 qırıcılarının istifadəsi ilə) tanış deyiləm, bu barədə heç vaxt eşitməmişəm”, – deyə Ceyms O’Brayen qeyd edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO