ASALA-nın Ermənistana savaş ELANI – Paşinyanı hansı aqibət GÖZLƏYİR?

ASALA-nın Ermənistana savaş ELANI – Paşinyanı hansı aqibət GÖZLƏYİR?

Hazırda oxunan: ASALA-nın Ermənistana savaş ELANI – Paşinyanı hansı aqibət GÖZLƏYİR?

163141

Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl Beynəlxalq terror təşkilatı olan ASALA Ermənistan hökumətinə müharibə elan edib. Daha doğrusu, terror qruplaşması Paşinyanın fiziki məhvi üçün hərəkətə keçdiyini bildirib.

“ASALA Paşinyanı öldürməyə çalışacaq”

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən politoloq Cümşüd Nuriyev bildirib ki, ASALA terror təşkilatı 1975-ci ildə SSRİ, daha konkret desək Yevgeni Primakov tərəfindən yaradılıb:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda dövlət çevrilişi hazırlanır? - VİDEO


“ASALA guya ki, ermənilərin milli azadlıq ordusudur. Bu terror təşkilatı Suriyada yaradılıb və Yaxın Şərqdəki bütün terror qruplaşmaları ilə əməkdaşlıq edir. Ən çox da PKK ilə birgə çalışır. ASALA hər zaman Moskvadan idarə olunub. Və bu göstəriş də təbii ki, Moskvadan alınıb. Çünki Qərb indiki vaxtda Paşinyanın devrilməsini və yaxud öldürülməsini birmənalı şəkildə istəmir. 

Yada salaq ki, 1998-ci ildə də Ermənistanda belə bir terror hadisəsi törədilmişdi. Məhz həmin terror hadisəsindən sonra Moskvanın adamı olan Robert Köçəryan hakimiyyətə gətirildi. İndi köhnə ssenarini təkrarlamaq istəyirlər. ASALA çalışacaq ki, Paşinyanı öldürsün. Amma unutmayaq ki, Paşinyanı ABŞ qoruyur. Ona görə də inanmıram ki, MKİ ASALA-ya belə bir fürsət versin. Lakin bu çox ciddi bir hədədir”. 

Politoloq onu da əlavə edib ki, Paşinyanın devrilməsi üçün müxtəlif planlar var:

“ASALA-ın bəyan etdiyi də həmin variantlardan biridir. Lakin ASALA-nın öz planını reallaşdırmaq imkanı 50-nin 50-yədir. Çünki Paşinyanın şəxsi təhlükəsizliyinə təkcə Ermənistanın xüsusi xidmət orqanları cavabdeh deyil, həm də ABŞ və bəzi Avropa dövlətləri də bu istiqamətdə öz xidmətlərini göstərirlər. Yəqin ki, bundan sonra Paşinyan daha ciddi şəkildə qorunacaq və bu məsələdə Qərb daha fəal olacaq. Çünki, Paşinyan Qərbin kadrıdır”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO