Baş prokuror: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən vəhşicəsinə dağıdılıb”

Baş prokuror: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən vəhşicəsinə dağıdılıb”

Hazırda oxunan: Baş prokuror: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən vəhşicəsinə dağıdılıb”

161182

“Ermənistan Azərbaycanın Qarabağ bölgəsində iqtisadi və sosial infrastrukturu tamamilə dağıdıb.

Bugün həmin ərazilərdə ölkə rəhbərliyinin diqqət və qayğısı ilə sürətli yenidənqurma işləri uğurla aparılır”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında çıxışı zamanı deyib. 

Kamran Əliyev üç il əvvəl Azərbaycan torpaqlarının otuz illik işğalına son qoyulduğunu, tarixi ədalətin və beynəlxalq hüququn bərpa edildiyini vurğulayıb. İşğal bitsə də, onun ağır fəsadlarının hələ də qalmaqda olduğunu bildirən Baş prokuror Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndinin Ermənistan tərəfindən vəhşicəsinə dağıdıldığını qeyd edib. 

İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşının mina terrorunun qurbanı olduğu və ya ağır yaralandığı bildirilib. 
Həmçinin, Baş prokuror Azərbaycan Ordusu tərəfindən 1 ay öncə lokal xarakterli antiterror tədbirlərinə başlanıldığı və qarşıda duran bütün vəzifələrin cəmi bir gün ərzində yerinə yetirilərək ölkəmizin ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğunu xüsusi vurğulayıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO