ABŞ Prezidenti Donald Tramp İranın qısa müddətdə çökəcəyi barədə fikri yalnız İsrailin Baş naziri Benyamin Netanyahudan götürə bilərdi.
Bizim.Media xəbər verir ki, bunu keçmiş CIA zabiti Con Kiriaku Taker Karlsona müsahibəsində bildirib.
Onun sözlərinə görə, CIA-nin İranla bağlı təhlili onilliklər ərzində dəyişməz qalıb.
“Biz sadəcə raketlər buraxıb 93 milyon əhalisi olan ölkədə hakimiyyəti devirə bilmərik. Belə şey olmur. Onlar öz rəhbərlikləri ətrafında birləşəcəklər, çünki biz onlar üçün yadıq”, - deyə Kiriaku bildirib.
Keçmiş kəşfiyyatçı qeyd edib ki, xarici hərbi təzyiq İran cəmiyyətində əks effekt yarada və hakimiyyət ətrafında səfərbərliyi gücləndirə bilər.
Kiriakunun fikrincə, Vaşinqtonda İranla bağlı qərarlar verilərkən uzunmüddətli kəşfiyyat qiymətləndirmələri nəzərə alınmalıdır.
Bizim.Media
- A-
- A
- A+
Region
14:04 / 28.04.2026
Keçmiş CIA zabiti: “İranda hakimiyyəti tez devirməyin mümkün olmadığını bilirdik”
Hazırda oxunan: Keçmiş CIA zabiti: “İranda hakimiyyəti tez devirməyin mümkün olmadığını bilirdik”
Hazırda oxunan: Keçmiş CIA zabiti: “İranda hakimiyyəti tez devirməyin mümkün olmadığını bilirdik”
609871
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































