44 yaşlı Səfər 13 yaşlı Əfsanəni belə aldadaraq Xudata aparıb... - VİDEO

Hazırda oxunan: 44 yaşlı Səfər 13 yaşlı Əfsanəni belə aldadaraq Xudata aparıb... - VİDEO

137741

"Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Əfsanə Tağıyevanın itkin düşməsi ilə bağlı aparılan araşdırma zamanı müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Qavazov Səfər Dursunoviç "Snapchat" vasitəsilə tanış olduğu Ə.Tağıyevaya evlənəcəyinə dair vəd verib. 14 may 2023-cü il tarixdə onu Tovuzdan Xudata gətirib və orada Əfsanə ilə könüllü razılıq əsasında cinsi əlaqədə olub".

Bizim.Media xəbər verir ki, bu sözləri İTV-də yayımlanan "Sabaha saxlmayaq" verilişində qonaq olan Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Füzuli Vəliyev bildirib.

Prokuror əlavə edib ki, 13 yaşlı Əfsanənin S.Qavazovun 44 yaşı olmasından xəbəri olmayıb.

Sonra ona məlum olub ki, Xudata birgə getdiyi şəxsin əslində 20 deyil, 44 yaşı var.

Xatırladaq ki, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Əfsanə Tağıyeva may ayının 18-də yaşadığı evi tərk edib. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən operativ əməliyyatlar nəticəsində Əfsanə Tağıyevanın yeri Xaçmazda müəyyənləşib. 

Qeyd edək ki, Tovuz rayon sakini Əfsanə Tağıyevanın Xaçmaz rayonuna ailə qurmaq məqsədilə ilə qaçması ilə əlaqədar Səfər Qavazov barəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Qızı qaçırmaqda şübhəli bilinən Xudat şəhər sakini Səfər Qavazovun 40-dan çox yaşı var və 3 uşaq atasıdır. O, Xudat Şəhər Xəstəxanasında mühafizəçi kimi çalışır.

Ətraflı videoda izləyə bilərsiniz:



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO