Babək və Şahbuz rayonlarında hərbi sursatlar TAPILDI - FOTO/VİDEO

Babək və Şahbuz rayonlarında hərbi sursatlar TAPILDI - FOTO/VİDEO

Hazırda oxunan: Babək və Şahbuz rayonlarında hərbi sursatlar TAPILDI - FOTO/VİDEO
246297
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda Babək və Şahbuz rayonlarında müxtəlif ərazilərdə hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, məlumatlarla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd 76 mm-lik BR-350 və 1 ədəd 85 mm-lik BR-365 zirehdələn top mərmisi, 2 ədəd PQ-7 idarə olunmayan raketin mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd tüstü şaşkası, 10 ədəd PK silahının 7.62 mm-lik mərmisi, 23 ədəd 5.45 mm-lik mərmi, 29 ədəd AKM-74 silahının 7.62 mm-lik mərmisi, 1 ədəd 30 mm-lik AQS-17 silahının mərmisi, 1 ədəd RPQ-7 qumbarası, 2 ədəd 100 mm-lik top mərmisi və 1 ədəd 30 mm-lik AQS-17M silahının mərmisi olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.




Babək və Şahbuz rayonlarında hərbi sursatlar TAPILDI - FOTO/VİDEO - foto 1
Babək və Şahbuz rayonlarında hərbi sursatlar TAPILDI - FOTO/VİDEO - foto 2
Babək və Şahbuz rayonlarında hərbi sursatlar TAPILDI - FOTO/VİDEO - foto 3
Babək və Şahbuz rayonlarında hərbi sursatlar TAPILDI - FOTO/VİDEO - foto 4
Babək və Şahbuz rayonlarında hərbi sursatlar TAPILDI - FOTO/VİDEO - foto 5
Babək və Şahbuz rayonlarında hərbi sursatlar TAPILDI - FOTO/VİDEO - foto 6
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO