FHN Astara və Lənkərandakı subasma ilə bağlı məlumat YAYDI – FOTO/VİDEO 

FHN Astara və Lənkərandakı subasma ilə bağlı məlumat YAYDI – FOTO/VİDEO 

Hazırda oxunan: FHN Astara və Lənkərandakı subasma ilə bağlı məlumat YAYDI – FOTO/VİDEO 
155715
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən gün axşam saatlarından başlayaraq intensiv yağan yağışlar nəticəsində Astara və Lənkəran rayonlarının bir sıra yaşayış məntəqələrində bəzi fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub. 

FHN Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzi, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə, Dövlət Yanğından Mühafizə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin müvafiq qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

Astarada çay daşdı, bir neçə körpünü sel apardı - VİDEO


Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış ərazilərdə suçəkmə və digər təxirəsalınmaz tədbirlər, həmçinin fərdi yaşayış evlərində köməksiz vəziyyətdə qalan vətəndaşların təxliyə işləri həyata keçirilir. 

Hazırda Astara rayonunun Ərçivan qəsəbəsi və Maşxan kəndində, Lənkəran şəhəri və rayonun Sütəmurdov kəndində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir. 
 


FHN Astara və Lənkərandakı subasma ilə bağlı məlumat YAYDI – FOTO/VİDEO  - foto 1
FHN Astara və Lənkərandakı subasma ilə bağlı məlumat YAYDI – FOTO/VİDEO  - foto 2
FHN Astara və Lənkərandakı subasma ilə bağlı məlumat YAYDI – FOTO/VİDEO  - foto 3
FHN Astara və Lənkərandakı subasma ilə bağlı məlumat YAYDI – FOTO/VİDEO  - foto 4
FHN Astara və Lənkərandakı subasma ilə bağlı məlumat YAYDI – FOTO/VİDEO  - foto 5

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO