Sobçakın yeni villası

Sobçakın yeni villası "burnundan gəldi": 3 milyon borcu var – FOTO 

Hazırda oxunan: Sobçakın yeni villası "burnundan gəldi": 3 milyon borcu var – FOTO 

109662

Xəbər verdiyimiz kimi, Rusiyanın qalmaqallı jurnalisti və iş xanımı Kseniya Sobçak Rublyovkada dəbdəbəli villasını nümayiş etdirib.

Bizim.Media "TASS" nəşrinə istinadən xəbər verir ki, malikanəsində üç il təmir-tikinti işləri aparan Sobçak kamin quraşdırmaq üçün pul ödəməyib və hazırda podratçılara üç milyon rubl (təxminən 80700 manat) borcu yaranıb.

Bunu isə nəşrə Moskvanın Xamovniki Məhkəməsinin mətbuat katibi Anna Loktevaya məlumat verib.
İddiada bildirilib ki, işin sonunda yerdə qalan məbləğ köçürülməyib, ona görə də borc və cərimə yaranıb.

Qeyd edək ki, əsrarəngiz dizayna malik 320 kvadratmetr sahəsi olan villada hovuz, idman zalı və geniş terras üçün də kifayət qədər yer var. Jurnalistin qonşuları da sadə insanlar deyil. Onlar pop ulduzlar İrina Dubtsova və Sergey Lazarevdir.  

Rəşad Əliyev, Bizim.Media







Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO