Artıq onlayn nikah bağlaya biləcəksiniz – VİDEO

Artıq onlayn nikah bağlaya biləcəksiniz – VİDEO

Hazırda oxunan: Artıq onlayn nikah bağlaya biləcəksiniz – VİDEO
221823
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vətəndaşlar artıq “mygov” tətbiqi vasitəsilə onlayn qaydada nikahlarını qeydiyyata ala bilərlər. 

Bizim.Media xəbər verir ki, nikaha daxil olacaq vətəndaşların əvvəlcə tibbi müayinədən keçməsi şərtdir. 

Müayinədən 14 gün sonra qan analizinin nəticələri avtomatik olaraq “mygov” platformasına yüklənir və istifadəçilər nikah qeydiyyatına müraciət etməyə başlamaq barədə bildiriş alırlar. 

Daha sonra tətbiqdə “Həyat hadisələri” bölməsində yer alan “Ailə qurmaq” seçimini və ya “Xidmətlər” bölməsindən “Nikahın qeydiyyata alınması” xidmətini seçir. 

Bununla da sistem hər iki tərəfin tibbi arayışlarını yoxladıqdan sonra FİN və təsdiq kodları ilə qeydiyyat ekranı açır. 
 

Tərəflərdən biri digərinə FİN və təsdiq kodunu göndərərək, nikah qeydiyyatı üçün müraciətini davam etdirir. Nikah sonrası götürüləcək soyadı və şəhadətnamə təhvilalma mərkəzini seçirsiniz, məlumatlarınızı təsdiqləyirsiniz. 


30 gün sonra xidmətin statusunun dəyişməsi ilə bağlı vətəndaşa bildiriş gəlir. Status “Tamamlanıb” olaraq göründüyü zaman 10 AZN məbləğində dövlət rüsumunu ödəməlisiniz. Şəhadətnaməniz hazır olduqda seçdiyiniz təhvilalma mərkəzindən onu əldə edə bilərsiniz. 

Ətraflı “Baku TV”nin süjetində: 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO