
- A-
- A
- A+
Mədəaltı vəzi xərçənginin dərmanı tapıldı
Avropa Komissiyası metastatik mədəaltı vəzi xərçənginin müalicəsi üçün nəzərdə tutulan “Rasonque” (daraxonrasib) preparatını təsdiqləyib.
Bizim.Media xəbər verir ki, preparat əvvəllər sistemli müalicənin ən azı bir mərhələsini keçmiş yetkin xəstələr üçün nəzərdə tutulub.
Klinik sınaqlar zamanı dərman qəbul edən xəstələrdə ümumi sağqalma müddətinin orta göstəricisi 12,4–13,2 aya çatıb. Standart kimyaterapiya alan xəstələrdə isə bu göstərici 6,7 ay olub.
Gündə bir dəfə tablet şəklində qəbul edilən preparat RAS adlı onkoproteinləri hədəf alan yeni nəsil dərmandır.
Qeyd edək ki, preparatın Avropa İttifaqında təsdiqlənməsi onun bütün ölkələrdə dərhal satışa çıxarılması demək deyil. Bunun üçün milli qiymət və dövlət ödənişi prosedurları da tamamlanmalıdır.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































