DİM xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtını açıqladı

DİM xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtını açıqladı

Hazırda oxunan: DİM xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtını açıqladı
648372
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 22-də Dövlət İmtahan Mərkəzi (DİM) doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə fəlsəfə doktoru imtahanı (o cümlədən əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı) keçirəcək.

DİM-dən Bizim.Media-ya bildirilib ki, danışıq bloku üzrə imtahan isə noyabrın 26-da təşkil ediləcək. İmtahanlar elektron formada kompüterlər vasitəsilə keçiriləcək.

İddiaçı imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iddiaçı imtahana buraxılmayacaq. İştirakçılar ümumi məlumat və imtahan qaydaları ilə “Yaddaş kitabçası”nda daha ətraflı tanış ola bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO