Emin Əmrullayev: “İşdən azad edilən müəllimlərin böyük hissəsi ibtidai sinif müəllimləridir”

Emin Əmrullayev: “İşdən azad edilən müəllimlərin böyük hissəsi ibtidai sinif müəllimləridir”

Hazırda oxunan: Emin Əmrullayev: “İşdən azad edilən müəllimlərin böyük hissəsi ibtidai sinif müəllimləridir”
648380
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Sertifikatlaşdırma imtahanlarının nəticələrinə əsasən işdən azad edilən müəllimlərin böyük hissəsini ibtidai sinif müəllimləri təşkil edib”.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Peşə Təhsili Forumu çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda panel sessiyasında çıxışı zamanı deyib. 

Nazir bildirib ki, bu fikirlərin səsləndirilməsində məqsəd ayrı-ayrı müəllimlərin nüfuzuna xələl gətirmək və ya onların peşə bacarıqlarını kiçiltmək deyil.

Bununla belə, o, ibtidai təhsil səviyyəsində dərs deyən müəllimlərin böyük bir hissəsinin orta ixtisas təhsilli olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, bu vəziyyət uzun müddət ölkədə müəllim çatışmazlığının mövcud olması ilə əlaqədar formalaşıb. Hazırda isə həm ibtidai, həm də məktəbəqədər təhsil səviyyəsində tədrisin ali təhsilli müəllimlər tərəfindən aparılmasına keçid təmin edilib. Nazir bu dəyişikliklərin uzunmüddətli perspektivdə təhsilin keyfiyyətinə müsbət təsir göstərəcəyinə inandığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO