Sökülmüş binalarda evi olanlara ŞAD xəbər

Sökülmüş binalarda evi olanlara ŞAD xəbər

Hazırda oxunan: Sökülmüş binalarda evi olanlara ŞAD xəbər
648358
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sökülmüş binaların mülkiyyətçilərinə yeni tikilidən kompensasiya məqsədilə verilən yaşayış və qeyri-yaşayış sahələri vergidən azad ediləcək.

Bizim.Media xəbər verir ki, bu, Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Dəyişikliyə əsasən, sökülmüş binaların əvvəlki mülkiyyətçilərinə həmin binaların yerində inşa edilən yeni tikililərdən verilən yaşayış və qeyri-yaşayış sahələri vergiyə cəlb olunan gəlir hesab edilməyəcək.
 

Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmayan tikililərdə sahənin ölçüsü yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə rəsmiləşdirilən göstəricilər əsasında müəyyənləşdiriləcək.


Bundan əlavə, mülkiyyətçiyə əvvəlki sahəsindən daha böyük ərazi verildiyi halda, sökülmüş yaşayış və ya qeyri-yaşayış sahəsinin 20 faizi həddində olan əlavə sahə də nəzərə alınacaq.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO