Kişi arvadı ilə görüşən şəxsi bu əraziyə apardı və…

Kişi arvadı ilə görüşən şəxsi bu əraziyə apardı və…

Hazırda oxunan: Kişi arvadı ilə görüşən şəxsi bu əraziyə apardı və…
648350
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəki Apellyasiya Məhkəməsində əzab vermədə təqsirləndirilən Adil Səfərovun (adı, soyadı şərtidir-red.) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, sonuncu iclasda təqsirləndirilən şəxsin apellyasiya şikayətindən imtina etdiyi elan olunub.

Adil Səfərov və müdafiəçisi apellyasiya şikayətindən imtinanın qəbul olunmasını və baxılmasına xitam verilməsini xahiş ediblər.

Qərara əsasən, apellyasiya şikayətindən imtina qəbul edilib və baxılmasına xitam verilib.
 

İttihama görə, Adil Səfərov 2025-ci ildə günorta saatlarında qısqanclıq motivi ilə cinayət törədib. O, arvadı S.S. (adı, soyadı şərtidir-red.) ilə rayon sakini, zərərçəkmiş Xəlil Əlizadənin (adı, soyadı şərtidir-red.) görüşdüyünü və cinsi əlaqədə olduqlarını öyrənib. Bundan sonra zərərçəkmiş şəxsdən qisas almaq məqsədilə onu idarə etdiyi "Daewoo Racer" markalı avtomobilə mindirib.


Təqsirləndirilən şəxs Xəlili avtomobilin arxa oturacağına əyləşdirərək Qax şəhərində yerləşən "Dağ yolu" adlanan əraziyə aparıb. Orada avtomobildən düşürdüyü zərərçəkmişin sağ sağrı nahiyəsinə bir dəfə təpiklə qəsdən zərbə vurub. Nəticədə onun sağ sağrı nahiyəsində qançır yaranıb.

Daha sonra Adil Xəlildən arvadı ilə cinsi əlaqədə olub-olmadığını soruşub. Müsbət cavab aldıqdan sonra onu arvadı ilə üzləşdirmək qərarına gəlib. Bunun üçün zərərçəkmişi avtomobilin yük yerinə oturdaraq özünün yaşadığı ünvana aparıb. Evin qarşısında maşını saxlayan Adil Xəlili avtomobildən düşürtmədən arvadı S.S. ilə üzləşdirib.
 

Bununla kifayətlənməyən Adil zərərçəkmişi yenidən maşının yük yerində "Şəki yolu" kimi tanınan "Çaylaq" adlı əraziyə aparıb. Burada isə ona qarşı daha ağır xarakterli zorakı hərəkətlər törədib.


İbtidai istintaq orqanı hesab edib ki, Adil Səfərovun hərəkətləri zərərçəkmiş şəxsə fiziki ağrı, iztirab verməklə müşayiət olunan əzabvermə əməlidir və əməl Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə tövsif olunub.

Məhkəmə iclasında Adil Səfərov ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib.

Qax Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 133.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 1 il 7 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Daha sonra Adil Səfərov qərardan narazı qalaraq apellyasiya şikayəti verib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO