Samuxda minik maşını aşdı: Ölən və xəsarət alan var

Samuxda minik maşını aşdı: Ölən və xəsarət alan var

Hazırda oxunan: Samuxda minik maşını aşdı: Ölən və xəsarət alan var
648378
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dünən Samuxda ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.

İdarədən Bizim.Media-ya verilən xəbərə görə, noyabrın 17-si saat 19:00 radələrində Samux rayonunun Qədili kəndində, mürəkkəb relyefə malik ərazidən keçən yolda “Chevrolet Niva” markalı avtomobillə hərəkətdə olan İlyas Aslanov sürət həddini nəzərə almadan sərt döngəyə daxil olarkən idarəetməni itirib.

Yoldan çıxaraq dərəyə yuvarlanan avtomobilin sürücüsü hadisə yerində həyatını itirib, sərnişini Əziz Məmmədov isə ağır xəsarətlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
 

"Hadisəsinin ağırlıq dərəcəsinə təsir göstərən amillərdən biri də sürücü və sərnişinin təhlükəsizlik kəmərini bağlamadıqları üçün dərəyə yuvarlanarkən, eləcə də zərbənin təsirindən avtomobildən kənara atılarkən aldıqları xəsarətlər hesab edilir.


Baş Dövlət Yol Polisi İdarəsi yüksək sürətin ağır faciələrə səbəb olduğunu bir daha xatırladır, bununla yanaşı sürücüləri yol və hava şəraitini daim nəzərə almağa, təhlükəsizlik kəmərini bağlamağa və sərnişinlərin də bu həyat əhəmiyyətli qaydaya qeyd-şərtsiz əməl etmələrinə nail olmağa çağırır.

Unutmayaq, qayda pozuntusu hüququ məsuliyyət, onun fəsadları isə heç zaman bərpası mümkün olmayan itkilər doğurur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO