Fərhad Məmmədov: "Çin ABŞ və Rusiyanın bir-birini tükətməsini gözləyir"

Fərhad Məmmədov: "Çin ABŞ və Rusiyanın bir-birini tükətməsini gözləyir"

Hazırda oxunan: Fərhad Məmmədov: "Çin ABŞ və Rusiyanın bir-birini tükətməsini gözləyir"
648383
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ, Rusiya və Çin liderlərinin (Tramp, Putin və Si Cinpin) mümkün görüşü beynəlxalq siyasətdə diqqətçəkən hadisə olsa da, bu sammitdə yeni dünya nizamının formalaşdırılması və ya təsir dairələrinin bölüşdürülməsindən danışmaq hələ tezdir.

Bizim.Media xəbər verir ki, bu fikirləri minval.az-a açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov bildirib.

Ekspertin sözlərinə görə, dünya nizamının yeni qaydaları müharibələrdə qalib gələn tərəflər tərəfindən müəyyən edilir, hazırda isə nə ABŞ, nə Rusiya, nə də müharibə aparmayan Çin belə bir qələbə qazanıb:

“Buna görə də gözlənilən görüşü Yalta konfransı ilə müqayisə etmək doğru deyil. Rusiya Ukrayna müharibəsi kontekstində ABŞ və Çinin dəstəyini qazanmağa və diplomatik prosesi öz şərtləri ilə tamamlamağa çalışır. ABŞ Çini nüvə sazişinə cəlb etməklə onun strateji potensialına məhdudiyyətlər qoymaq istəyir. Çin isə heç bir öhdəlik götürmədən iqtisadi inkişaf tempini qorumağa fokuslanıb”.

Politoloq vurğulayıb ki, sammit ərəfəsində ən güclü mövqe məhz Pekinə məxsusdur:

"Çin klassik Konfutsi metodundan istifadə edir — çayın kənarında oturub rəqibinin cəsədinin axıb keçməsini gözləyir. Çin heç nə etmir, ABŞ və Rusiya isə müharibələrə qoşularaq öz güclərini formalaşdıran resursları tükədirlər".

Fərhad Məmmədov qeyd edib ki, böyük güclərin görüşünün Cənubi Qafqazda təsir dairələrinin bölünməsinə və ya Azərbaycana hansısa formada təsir göstərəcəyinə dair iddialar əsassızdır.

Onun sözlərinə görə, TRIPP layihəsi və ABŞ-ın Mərkəzi Asiyadakı fəallığı göstərir ki, heç bir dövlət digərinin xeyrinə regional maraqlarından imtina etməyəcək və regionların taleyini həmin ölkələrin öz iştirakı olmadan həll etmək mümkün deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO