Onilliklər sonra ilk dəfə meşədən çıxdılar - Nadir görüntülər

Onilliklər sonra ilk dəfə meşədən çıxdılar - Nadir görüntülər

Hazırda oxunan: Onilliklər sonra ilk dəfə meşədən çıxdılar - Nadir görüntülər
648328
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Braziliyanın Maranyan ştatında onilliklərdir sivilizasiya ilə birbaşa təmas qurmadan yaşayan "Ava-Guaja" yerli qəbiləsinin bir qrup üzvü meşədən çıxaraq başqa bir yerli icmanın yaşadığı kəndə yaxınlaşıblar.

Bizim.Media “haberler.com”a istinadən xəbər verir ki, uzun illərdir könüllü təcrid şəraitində yaşayan icmanın üzvləri noyabrın 16-da "Guajajara" xalqının məskunlaşdığı Tavari kəndinin yaxınlığında görünüblər.

Yerli sakinlər tərəfindən çəkilən kadrlarda bəzi yerlilərin əllərində yay və ox tutduqları əks olunub.

Kəndlilərdən qida alıb meşəyə qayıdıblar

Görüntülərdə kənd sakinlərindən birinin qrupa yaxınlaşaraq onlara ərzaq verdiyi görünür. Yerli mənbələrin bildirdiyinə görə, qəbilə üzvlərinə meyvə və yerarmudu (topinambur) verilib. "Ava-Guaja" üzvləri qısa müddət sonra yenidən meşənin dərinliklərinə çəkiliblər. Bu hadisə bölgədə son illərdə qeydə alınan ən diqqətçəkən təmaslardan biri kimi qiymətləndirilir.
 

Maranyan Yerli Xalqları Təşkilatları Koordinasiyası (Coapima) qrupdakı bəzi uşaqların və yaşlıların nəzərəçarpacaq dərəcədə arıq göründüyünü açıqlayıb. Yerlilərin qida tapmaqda çətinlik çəkdikləri üçün kəndə gəldikləri ehtimal edilir.


Braziliya Milli Yerli Xalqlar Fondu (Funai) hadisədən dərhal sonra xüsusi mühafizə qruplarını səfərbər edib. Səhiyyə qurumları ilə birlikdə böhran koordinasiya mexanizmi yaradılıb, əraziyə nəzarətsiz girişlərin qarşısını almaq üçün təhlükəsizlik tədbirləri görülüb.

Rəsmilər xarici dünya ilə məhdud təmasda olan icmaların bəzi yoluxucu xəstəliklərə qarşı daha həssas ola biləcəyinə diqqət çəkiblər. "Funai" prioritetlərinin yerlilərin sağlamlığını, həyatını və öz həyat tərzlərini davam etdirmək hüquqlarını qorumaq olduğunu vurğulayıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO