Mərkəzi Bankın keçmiş binası Maliyyə Nazirliyinə verildi

Mərkəzi Bankın keçmiş binası Maliyyə Nazirliyinə verildi

Hazırda oxunan: Mərkəzi Bankın keçmiş binası Maliyyə Nazirliyinə verildi
648327
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Mərkəzi Bankının (AMB) keçmiş əsas inzibati binası Maliyyə Nazirliyinin istifadəsinə verilib.

Bizim.Media xəbər verir ki, söhbət paytaxtın Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən binadan gedir.
 

Binada Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi və digər struktur bölmələrinin fəaliyyət göstərməsi nəzərdə tutulur.


İlkin məlumata görə, bina Maliyyə Nazirliyinin istifadəsinə icarə əsasında verilib. Bununla belə hələlik Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, sözügedən bina 1998-ci ildə tikilərək istifadəyə verilib. Mərkəzi Bank 2026-cı il iyunun 22-dək bu binada fəaliyyət göstərib. Həmin tarixdən etibarən bankın əsas fəaliyyəti Heydər Əliyev prospekti, 167 ünvanında yerləşən yeni inzibati binaya köçürülüb. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO