
- A-
- A
- A+
Ukrayna Krım körpüsünü ABŞ-ın köməyi olmadan dağıdıb – Yeni detallar
Ukrayna Krım körpüsünə genişmiqyaslı zərbə endirərkən Amerikanın Starlink və onun hərbi versiyası olan Starshield peyk rabitə sistemlərindən istifadə etməyib.
Bizim.Media “The Times” nəşrinə istinadən xəbər verir ki, Ukrayna hərbçiləri siqnalların pilotsuz uçuş aparatları vasitəsilə ötürülməsi üçün öz sistemlərini hazırlayıblar.
Əməliyyatda Ukraynanın raket bölmələri, PUA operatorları, Təhlükəsizlik Xidməti, Hərbi Dəniz Qüvvələri və Xüsusi Əməliyyat Qüvvələri iştirak edib. Zərbələr zamanı “Palyanitsa” PUA-larından, həmçinin “Neptun” və “Flamingo” raketlərindən istifadə olunduğu bildirilir.
Nəticədə körpünün 15 mərtəbəli bina hündürlüyündəki metal tağı yol örtüyü və dayaq konstruksiyalarının bir hissəsi ilə birlikdə Kerç boğazına çöküb. Avtomobil hərəkəti dayandırılıb, dəmir yolu hissəsi də zədələnib.
Ekspertlər təxminən 3,5 milyard dollara başa gələn körpünün bərpasının ciddi çətinliklərlə üzləşəcəyini bildirirlər. Bəzi mütəxəssislər hətta zədələnmiş konstruksiyaların təmirinin yeni körpü tikməkdən daha mürəkkəb ola biləcəyini düşünürlər.
Finlandiyanın “Black Bird Group” analitik mərkəzinin eksperti Emil Kastexelmi avtomobil hissəsinin müharibə başa çatana qədər bərpa edilməyəcəyini ehtimal edir. İsrailin keçmiş hərbi qulluqçusu İqal Levin isə körpü Ukrayna raketlərinin və PUA-larının zərbə zonasında olduğundan Rusiyanın genişmiqyaslı bərpa işlərinə başlamasını məqsədəuyğun hesab etmir.
Bununla belə, Rusiya tərəfi zədələnmiş körpünü bərpa etmək niyyətində olduğunu açıqlayıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































