Deputat: “Ölkəmizdə kartof toxumçuluğu yox səviyyəsindədir”

Deputat: “Ölkəmizdə kartof toxumçuluğu yox səviyyəsindədir”

Hazırda oxunan: Deputat: “Ölkəmizdə kartof toxumçuluğu yox səviyyəsindədir”
648353
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycanda starteji qida məhsulu sayılan kartof toxumu tamamilə yox səviyyəsindədir. Sənaye və elmi əsaslarla sertifikatlaşdırılmış elit toxumçuluq sistemi hələ də formalaşmayıb”.

Bizim.Media xəbər verir ki, bunu deputat Əlibala Məhərrəmzadə Milli Məclisin bugünkü plenar iclasında Vergi Məcəlləsi və bir sıra qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, ölkənin illik kartof toxumuna olan ümumi tələbatı təxminən 200 min ton civarındadır:

"Fermerlərin 80%-dən çoxu öz məhsulundan ayırdığı, keyfiyyətini itirmiş ənənəvi və reproduksiyası aşağı düşmüş adi kartofu toxum kimi əkir. Bu isə həm məhsuldarlıqda, həm də bundan birbaşa asılı olaraq  rentabellikdə ciddi itki deməkdir. Ölkədə xüsusilə, heyvandarlıqda intensiv üsulun tətbiqi nisbətən ləng gedir. Seleksiya yolu ilə yaradılmış məhsuldar toxumlar, cinslərin sayı daha da artırılmalıdır".

Deputatın sözlərinə görə, ümumilikdə aqrar sektorda intensiv üsula keçid daha çox ərazi və resurslara qənaət deməkdir. Bu isə xüsusilə Azərbaycanda aktuallıq kəsb edir:

"Yüksək texnologiyaların tətbiqi nəticəsində aqrodronlar, peyk izləmə sistemləri və avtomatlaşdırılmış texnikalar sahədəki xəstəlikləri vaxtında aşkar edir. Bu yanaşma həm də maya dəyərinə ciddi təsir edən əl əməyini minimuma endirir. Bundan başqa, intensiv üsulla düzgün aqrotexniki qulluq torpağın münbitliyini qoruyur. Ekstensiv üsuldan fərqli olaraq, təbiətə və ətraf mühitə daha az zərər dəyir".

Milli Məclisin üzvü bir tərəfdən subsidayaların tətbiq olunduğunu, digər tərəfdən kənd təsərrüfatında bəzi sahələr üzrə vergi güzəştlərinin 100 faizdən 90 faizə endirilməsinin gündəmdə olduğunu vurğulayıb:

"Əgər biz aqrar sektorun inkişafını və dotasiyadan azad olub ciddi sənayeyə çevrilməsini hədəfləyiriksə, ilk növbədə qabaqcııl beynəlxalq təcrübəni araşdırıb tətbiq etməklə boşluqları aradan qaldırmalıyıq. Və ən əsası vurğuladığım kimi intensiv üsula keçid sürətləndirlməlidir.
 

Kənd Təsərrüfatı Nazirliyi tərəfiindən bu işlərin həyata keçirildiyini müşahidə edirik. Amma bölgələrdə, fermerlər və təsərrüfat subyektləri arasında daha çox ciddi maarifləndirmə işlərinə ehtiyac var. 


Eyni zamanda stiimullaşdırıcı tədbirlər zəruridir. Bütün bunlar vahid Dövlət Proqramında əksini tapmalıdır. Yeni yanaşmanın kənd təsərrüfatında tətbiqi təkcə ərzaq təhlükəsizliyini təmin etməyəcək, ölkəyə valyuta gətirəcək ixracyönümlü məhsulların istehsalını artırmağa töfhə verəcək".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO