Mərdəkan qəsəbəsində yataqxana yandı – Video

Mərdəkan qəsəbəsində yataqxana yandı – Video

Hazırda oxunan: Mərdəkan qəsəbəsində yataqxana yandı – Video
648321
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
 

FHN qüvvələrinin həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində ümumi sahəsi 840 kvadratmetr olan ikimərtəbəli yataqxana binasında yanğının genişlənərək digər mərtəbəyə yayılmasına imkan verilmədən alov söndürülüb.


Yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları 420 kvadratmetr, bir otağın yanar konstruksiyaları 65 kvadratmetr, digər otağın yanar konstruksiyaları 10 kvadratmetr, dəhliz isə 6 kvadratmetr sahədə yanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yataqxana binasının birinci mərtəbəsi, eləcə də ikinci mərtəbədə yerləşən digər otaqlar yanğından mühafizə olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO