Anna Akopyan etiraz edir - Paşinyanın partiyası nə baş verdiyini anlamır

Anna Akopyan etiraz edir - Paşinyanın partiyası nə baş verdiyini anlamır

Hazırda oxunan: Anna Akopyan etiraz edir - Paşinyanın partiyası nə baş verdiyini anlamır
648320
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Paşinyanın həyat yoldaşının dövlət qurumlarını və vəzifəli şəxsləri dolayı yolla tənqid edən rezonanslı bəyanatlarından sonra onun partiyasında narahatlıq yaranıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Armlur” nəşri yazıb.
 

Mənbə qeyd edir ki, “Vətəndaş Müqaviləsi” partiyasında Anna Akopyanın səsləndirdiyi xoşagəlməz qiymətləndirmələrdən ciddi narahat olublar. Partiya üzvləri bunun sadəcə paytaxtdakı narahatlıqlardan qaynaqlanan narazılıq, yoxsa daha dərin siyasi mesaj olduğunu anlamaq istəyirlər.


Son vaxtlar Anna Akopyan sosial şəbəkələrdə video müraciətlər paylaşaraq paytaxt hakimiyyətini hədəfə alıb və bitib-tükənməyən tıxaclardan şikayətlənib.

Ötən həftə Akopyan tıxaclara görə İrəvanı “qeyri-dost şəhər” adlandırıb. Dünən isə yeni müraciətində tıxaclarda qalan qadın sürücüləri özləri ilə “səs-küy yaradan əşyalar” götürməyə və bununla da vəziyyətə narazılıqlarını bildirməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO