Kuryerlər ayda 15 manat vergi ödəyəcəklər

Kuryerlər ayda 15 manat vergi ödəyəcəklər

Hazırda oxunan: Kuryerlər ayda 15 manat vergi ödəyəcəklər
648362
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda çipsə aksiz vergisinin tətbiqi, kuryer fəaliyyətinin isə sadələşdirilmiş qaydada vergiyə cəlb edilməsi təklif olunur.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, çips aksizli malların siyahısına daxil ediləcək. Yerli istehsal olunan çipsin hər kiloqramına görə 1 manat aksiz vergisinin tətbiqi nəzərdə tutulur.
 

Bundan başqa, kuryer fəaliyyəti ilə məşğul olan şəxslər üçün aylıq sabit məbləğ (15 manat) əsasında sadələşdirilmiş vergi modelinin tətbiqi təklif olunur. Bu şəxslərin vergi öhdəliklərini sabit qəbz vasitəsilə yerinə yetirməsi nəzərdə tutulur.


Qeyd edilib ki, kuryer xidmətləri əsasən avtomobil, motosiklet, velosiped və skuterlərlə həyata keçirilir. Bu sahədə fərdi qaydada çalışan şəxslərin bir çoxunun vergi hesabatlarının təqdim edilməsi və gəlir-xərc uçotunun aparılması ilə bağlı təcrübəsi yoxdur. Mövcud inzibati yük isə bəzi hallarda onların qeyri-rəsmi fəaliyyət göstərməsinə səbəb olur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO