Ceyhun Bayramov: “Azərbaycan Almaniya ilə birbaşa uçuşların sayını artıracaq”

Ceyhun Bayramov: “Azərbaycan Almaniya ilə birbaşa uçuşların sayını artıracaq”

Hazırda oxunan: Ceyhun Bayramov: “Azərbaycan Almaniya ilə birbaşa uçuşların sayını artıracaq”
648348
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Almaniya ilə birbaşa uçuşların sayının artırılmasında maraqlıdır.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan Vadefulla Bakıda brifinqdə deyib.

Nazir xatırladıb ki, 2026-cı ildən başlayaraq Azərbaycandan Almaniyaya qaz təchizatına başlanılıb. Bununla da Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 16-ya çatıb.

Ceyhun Bayramov həmçinin bildirib ki, "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" (Qara dəniz sualtı enerji kabeli) layihəsi ilə bağlı almaniyalı həmkarı ilə müzakirələr aparıb:

"Almaniya bu məsələni əlverişli və faydalı hesab edir. Almaniya Orta Dəhlizin inkişaf etdirilməsi məsələsində də maraqlıdır".

Nazir eyni zamanda iki ölkə arasında müntəzəm uçuşların təşkili barədə də fikir mübadiləsi apardıqlarını söyləyib:

"Həmkarıma bu uçuşların sayının artırılmasında maraqlı olduğumuzu ifadə etdik. Almaniyadan Azərbaycana ötən il 24 mindən çox turist gəlib, bu ilin ilk 10 ayında isə bu say artıq 25 mini keçib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO