“Alkhara” brendinin növbəti təqdimatı keçirilib – Milli irs müasir dəblə bir arada

“Alkhara” brendinin növbəti təqdimatı keçirilib – Milli irs müasir dəblə bir arada

Hazırda oxunan: “Alkhara” brendinin növbəti təqdimatı keçirilib – Milli irs müasir dəblə bir arada
648361
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın qədim milli parça növlərindən biri olan alxaranın zənginliyini müasir dəblə birləşdirən “Alkhara” geyim brendinin növbəti təqdimat mərasimi baş tutub. Tədbirdə brendin fəlsəfəsi, parçaların hazırlanma prosesi, milli geyim ənənələrinin qorunması və müasir moda vasitəsilə təbliği istiqamətində görülən işlər barədə iştirakçılara ətraflı məlumat verilib.

“Alkhara: Nağıllar gerçəkləşir” sloqanı altında keçirilən təqdimatda milli irsimizin qədim naxışlarını, rəng çalarlarını və estetik xüsusiyyətlərini özündə əks etdirən eksklüziv geyim kolleksiyaları nümayiş olunub. Modellərin təqdimatı zamanı ənənəvi milli motivlərin müasir dizayn elementləri ilə necə uzlaşdırıldığı diqqət çəkib.

“Alkhara” geyim brendinin təsisçisi və dizayneri Kövsər Salmanova bildirib ki, layihənin ideyası Azərbaycanın milli irsinin bir parçası olan, bu gün nadir rast gəlinən alxara parçasından ilhamlanaraq yaranıb. Onun sözlərinə görə, əsas məqsəd layihənin əsas məqsədi Azərbaycanın qədim parça və geyim ənənələrini yaşatmaq, milli irsimizi müasir dəb vasitəsilə dünyaya tanıtmaq, eləcə də yerli tekstil və dizayn nümunələrini beynəlxalq moda səhnəsində layiqincə təmsil etməkdir.


Təqdim olunan kolleksiyalar iştirakçıların marağına səbəb olub. Nümayiş olunan geyimlərdən təsirlənən qonaqlar öz təəssüratlarını bölüşərək milli naxışların müasir geyimlərdə istifadəsini və qədim tekstil ənənələrinin yaşadılmasını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, “Alkhara” brendinin ilk təqdimatı da daha əvvəl baş tutub. Həmin təqdimatda brendin yaranma ideyası, milli parça ənənələrinə əsaslanan konsepsiyası və gələcək hədəfləri ictimaiyyətə təqdim edilmişdi. Bu dəfə keçirilən növbəti təqdimat isə layihənin davamı olaraq yeni kolleksiyaların nümayişi və brendin yaradıcılıq istiqamətinin daha geniş auditoriyaya çatdırılması baxımından əhəmiyyət daşıyıb.

“Alkhara” brendi ənənə ilə müasirliyin vəhdətini nümayiş etdirməklə yanaşı, milli mədəni irsimizin yeni nəsillərə çatdırılmasına və Azərbaycan dəbinin tanıdılmasına töhfə verməyi hədəfləyir.

“Alkhara” brendinin növbəti təqdimatı keçirilib – Milli irs müasir dəblə bir arada - foto 1
“Alkhara” brendinin növbəti təqdimatı keçirilib – Milli irs müasir dəblə bir arada - foto 2
“Alkhara” brendinin növbəti təqdimatı keçirilib – Milli irs müasir dəblə bir arada - foto 3
“Alkhara” brendinin növbəti təqdimatı keçirilib – Milli irs müasir dəblə bir arada - foto 4
“Alkhara” brendinin növbəti təqdimatı keçirilib – Milli irs müasir dəblə bir arada - foto 5
“Alkhara” brendinin növbəti təqdimatı keçirilib – Milli irs müasir dəblə bir arada - foto 6
“Alkhara” brendinin növbəti təqdimatı keçirilib – Milli irs müasir dəblə bir arada - foto 7
“Alkhara” brendinin növbəti təqdimatı keçirilib – Milli irs müasir dəblə bir arada - foto 8
“Alkhara” brendinin növbəti təqdimatı keçirilib – Milli irs müasir dəblə bir arada - foto 9
“Alkhara” brendinin növbəti təqdimatı keçirilib – Milli irs müasir dəblə bir arada - foto 10
“Alkhara” brendinin növbəti təqdimatı keçirilib – Milli irs müasir dəblə bir arada - foto 11


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO