NATO ölkələri Ukrayna üçün silah alınmasına 10 milyard dollar ayırdı

NATO ölkələri Ukrayna üçün silah alınmasına 10 milyard dollar ayırdı

Hazırda oxunan: NATO ölkələri Ukrayna üçün silah alınmasına 10 milyard dollar ayırdı
648333
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

NATO ölkələri PURL təşəbbüsü və ABŞ-ın Xarici Hərbi Satışlar proqramı (Foreign Military Sales) çərçivəsində Ukrayna üçün Amerika silahlarının alınmasına 10 milyard dollardan çox vəsait ayırıblar.

Bunu alyansın baş katibi Mark Rütte Brüsseldə Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclasından sonra bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
 

Bununla yanaşı, Rütte müttəfiqləri Kiyevə hərbi yardım xərclərini daha ədalətli bölüşdürməyə çağırıb. Onun sözlərinə görə, hazırda əsas maliyyə yükü məhdud sayda dövlətin üzərinə düşür.


“NATO ölkələri yükü daha ədalətli şəkildə bölüşdürməlidirlər”, – deyə alyansın baş katibi vurğulayıb.

O əlavə edib ki, bu məsələni iki gün sonra Berlində keçiriləcək “könüllülər koalisiyası”nın görüşündə yenidən gündəmə gətirmək niyyətindədir.

Xatırladadaq ki, PURL təşəbbüsü NATO ölkələri və alyansın tərəfdaşlarının vəsaiti hesabına Ukrayna üçün Amerika silahlarının alınmasını nəzərdə tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO