Putin: “Rusiya sanksiyalar sınağından ləyaqətlə çıxdı”

Putin: “Rusiya sanksiyalar sınağından ləyaqətlə çıxdı”

Hazırda oxunan: Putin: “Rusiya sanksiyalar sınağından ləyaqətlə çıxdı”
648330
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya misli görünməmiş sanksiya təzyiqinə və ona qarşı tətbiq edilən məhdudiyyətlərin rekord sayına baxmayaraq, bu sınaqdan ləyaqətlə çıxıb.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) biznes sammitində çıxışı zamanı bildirib.

Putinin sözlərinə görə, Rusiyanı təcrid etmək cəhdləri uğursuz olub. O qeyd edib ki, son üç ildə ölkənin ümumi daxili məhsulu (ÜDM) 10 faizdən çox artıb, dövlət borcunun səviyyəsi isə dünyada ən aşağı göstəricilərdən biri olaraq qalır.
 

Rusiya Prezidenti həmçinin bildirib ki, ölkə dünyanın ən böyük iqtisadiyyatları sırasındadır, rəqəmsal transformasiya sahəsində qabaqcıl mövqelər tutur və xaricə taxıl və gübrə tədarükünün həcminə görə dünya lideridir. Onun sözlərinə görə, Moskva Asiya-Sakit okean regionu ölkələrinə kənd təsərrüfatı məhsulları və mineral gübrə ixracını genişləndirməyə hazırdır.

 

Putin Avropa ölkələrinin Rusiya enerji resurslarından, eləcə də dollar və avrodan imtina etməsini də tənqid edib. Onun iddiasına görə, bu qərarlar Avropa İttifaqının rəqabət qabiliyyətinə və sənaye potensialına mənfi təsir göstərib.

Kremlin rəhbəri dünya iqtisadiyyatında genişmiqyaslı dəyişikliklərin baş verdiyini, iqtisadi, sənaye və texnoloji inkişaf mərkəzinin Asiya-Sakit okean regionuna doğru sürüşdüyünü bildirib. Onun sözlərinə görə, region ölkələri innovasiyaların əsas hərəkətverici qüvvəsinə çevrilir və daha bərabərhüquqlu beynəlxalq münasibətlər sisteminin formalaşdırılmasının tərəfdarı kimi çıxış edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO