Zərərçəkmişlərin istəyi ilə jurnalistlər

Zərərçəkmişlərin istəyi ilə jurnalistlər "İmam Mehdi"nin məhkəməsindən çıxarıldı

Hazırda oxunan: Zərərçəkmişlərin istəyi ilə jurnalistlər "İmam Mehdi"nin məhkəməsindən çıxarıldı

98667

Bakıda özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək qırx nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişlərin vəsarəti elan olunub. Hakimin səsləndirdiyi vəsatətdən məlum olur ki, onlar məhkəmə iclasının qapalı keçirilməsini istəyiblər.

Hakim bildirib ki, saytlarda məhkəmədə dindirilməyən zərərçəkmişin ifadəsi yayılıb, onun ifadəsi məhkəmə iclasında dindirilməşiş kimi qeyd olunub.

Daha sonra hakim vəsarəti müzakirəyə çıxarıb. Zərərçəkmişlər məhkəmə iclasının tam qapalı keçirilməsini istəyiblər.
Təqsirləndirlilən şəxsin vəkil Əli Hüseynov bildirib ki, prosesin qapalı keçirilməsi qanunsuzdur, media azadlığının pozulması deməkdir. Təqsirləndirlilən şəxs də prosesin qapalı keçirilməsinə etiraz edib. Hakim 31 zərərçəkmişin vəsarətini təmin etməyib.

Daha sonra hakim zərərçəkmiş Daşın Aslanova ifadə vermək üçün söz verilib. Daşqın Aslanov isə açıq məhkəmə iclasında ifadə verməkdən imtina edib. Bu zaman prokuror prosesin qapalı keçirilməsini, zərərçəkmişin qapalı iclasda dindirilməsini deyib.

Bu səbəbdən hakim prosesin qapalı keçirilməsi  barədə qərar qəbul edib və jurnalistləri zaldan çıxarıb. Daha sonra Daşqın Aslanov qapalı iclasda ifadə verməyə başlayıb.

Hazırda proses qapalı davam edir.

İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məslislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb.

O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.
Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanlar onun sözündən çıxdığı təqdirdə isə, onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO