Prezident təqaüdü alanların sayı açıqlandı

Prezident təqaüdü alanların sayı açıqlandı

Hazırda oxunan: Prezident təqaüdü alanların sayı açıqlandı
648389
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunan şəxslərin sayı açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, müxtəlif kateqoriyadan olan 407,6 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunub.

Qeyd edək ki, hazırda Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüdün məbləği aşağıdakı kimidir:

Fəxri adlara görə aylıq təqaüdlərin məbləği:

-  “Xalq” fəxri adı verilmiş şəxslər üçün - 300 manat;

- “Əməkdar” fəxri adı verilmiş şəxslər üçün - 200 manat.

Digər Prezident təqaüdləri:

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü – 1700 manat;

- Ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək nəticə göstərərək Prezident təqaüdünə layiq görülən tələbələr üçün aylıq təqaüd – 350 manat təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO