ABŞ "Patriot" raketlərinin istehsalında yeni problemlə üzləşdi

ABŞ "Patriot" raketlərinin istehsalında yeni problemlə üzləşdi

Hazırda oxunan: ABŞ "Patriot" raketlərinin istehsalında yeni problemlə üzləşdi
648386
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ "Patriot" hava hücumundan müdafiə sistemlərinin tutucu raketlərinin istehsalı üçün zəruri olan karbonlaşdırılmış viskoza (yüksək temperatura davamlı xüsusi lif materialı) çatışmazlığı ilə qarşılaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
 

Bildirilir ki, bu material raket mühərriklərinin alov çıxan hissəsinin istilik mühafizəsi üçün istifadə olunur. Onun istehsalı Çexiya, Fransa və ABŞ şirkətlərinin iştirak etdiyi mürəkkəb təchizat zəncirindən asılıdır.


Əsas problem Fransanın "ArianeGroup" şirkətinin məhdud istehsal gücü ilə bağlıdır. İstehsal həcmini artırmaq məqsədilə "Park Aerospace" şirkəti Fransada yeni istehsal xəttinin tikintisi üçün həmin şirkətə 5 milyon dollar avans ayırıb. Yeni xəttin 2028-ci ildə istifadəyə verilməsi gözlənilir, lakin hətta bu da ABŞ-nin tələbatını tam ödəməyə imkan verməyəcək.

Bundan əlavə, "ArianeGroup" şirkətinin ABŞ-də yeni müəssisəsinin tikintisinə daha 25 milyon dollar yönəltmək planlaşdırılır. Həmin zavodun təxminən 2030-cu ildə fəaliyyətə başlayacağı ehtimal edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO