
- A-
- A
- A+
Yaşar Gülərdən Azərbaycanla hərbi əməkdaşlıqla bağlı mühüm açıqlama
Türkiyə və Azərbaycan qarşılıqlı etimad əsasında hərbi əməkdaşlığı genişləndirir. Bu əməkdaşlıq çərçivəsində birgə təlimlərə və müdafiə sənayesinə xüsusi diqqət yetirilir.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “TRT Haber”ə açıqlamasında bildirib.
“Türkiyənin müdafiə və təhlükəsizlik siyasəti yalnız öz sərhədlərinin qorunması ilə məhdudlaşmır, geniş coğrafiyanı əhatə edir və böyük məsuliyyət nəzərdə tutur.
Bu gün Silahlı Qüvvələrimiz ikitərəfli hərbi əməkdaşlıqla yanaşı, NATO, BMT, Avropa İttifaqı və ATƏT çərçivəsində də sülhün qorunmasına, böhranların qarşısının alınmasına və sabitliyin möhkəmləndirilməsinə xüsusi töhfə verir.
Bu kontekstdə biz yaxın qardaşımız Azərbaycanla qarşılıqlı etimad əsasında hərbi əməkdaşlığı, ilk növbədə, birgə hazırlıq və təlimlər, eləcə də müdafiə sənayesi sahələrində gücləndiririk”, – deyə Gülər bildirib.
Onun sözlərinə görə, Türkiyə Azərbaycan və Ermənistan arasında sülh prosesini diqqətlə izləyir.
“Biz əminik ki, davamlı sülhün bərqərar olması Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə, nəqliyyat və ticarət əlaqələrinin, eləcə də iqtisadi əməkdaşlığın inkişafına töhfə verəcək”, – deyə Gülər qeyd edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































