Kiyevin körpüləri ballistik raketlərlə vuruldu - Video

Kiyevin körpüləri ballistik raketlərlə vuruldu - Video

Hazırda oxunan: Kiyevin körpüləri ballistik raketlərlə vuruldu - Video
648104
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 17-nə keçən gecə Ukraynanın paytaxtı Kiyev şəhəri və vilayəti ballistik raketlərlə vurulub.

Bizim.Media xəbər verir ki, gecə saatlarında Kiyevdə güclü partlayış səsləri eşidilib.

Yerli monitorinq qruplarının yaydığı məlumata görə, Kiyevə və onun bölgəsinə 5 ballistik raket atılıb. Əsas hədəf isə enerji və kritik, logistik infrastrukturlar olub.

Kiyev şəhər meri Vitali Kliçko əhalini sığınacaqlarda məskunlaşmağa çağırıb.

Kiyev vilayət Hərbi Administrasiyasının verdiyi məlumata görə, raket zərbələri nəticəsində dağıntılar qeydə alınıb, xəsarət alanlar var.

Yerli monitorinq qruplarının yazdığına görə, raket zərbələrinin bəziləri Kiyevin körpülərinə dəyib. Kiyev meri Kliçko isə Cənub və Şimal körpülərinin raketlə vurulduğunu təsdiqləyib.

Hazırda Kiyevə hava hücumu davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO