
- A-
- A
- A+
Açıq-saçıq şəkillər müqabilində müharibə planlarını sızdırıb - Daha bir “bal tələsi” qalmaqalı
Hindistan Hərbi Hava Qüvvələrinin zabiti pakistanlı casus qadının intim fotoları müqabilində məxfi hərbi sənədlər ötürməkdə ittiham olunur.
Bizim.Media "Times of India" nəşrinə istinadən xəbər verir ki, hərbçi casusla "WhatsApp" messenceri vasitəsilə əlaqə saxlayıb.
Araşdırmalar zamanı zabitlə qadın arasında intim yazışmalar aşkar edilib.
Məlumatların təhlili nəticəsində tərəflər arasında 3008 mətn mesajı, 65 fotoşəkil, 65 reaksiya, 42 səsli zəng, 4 videozəng və 6 veb-keçidin (URL) mübadilə olunduğu müəyyən edilib.
Yazışmalar zamanı hindistanlı hərbçi məxfi pilotsuz uçuş aparatları (PUA) bölməsinin sayı və strukturu, onun əməliyyat imkanları, döyüş əməliyyatları zamanı dislokasiya yerləri və döyüş təyyarələrinin yerdəyişməsi barədə məlumatları açıqlayıb.
Bundan əlavə, ötürülən materiallarda Hindistanın hərbi planları, Leh aviabazasının əməliyyat imkanları və Pakistanın kəşfiyyat PUA-larına qarşı mübarizə tədbirləri haqqında məlumatlar da yer alıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































