Bu məktəbdə tədris DAYANDIRILDI

Bu məktəbdə tədris DAYANDIRILDI

Hazırda oxunan: Bu məktəbdə tədris DAYANDIRILDI
604394
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mehdiabad qəsəbə 3 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında aparılan texniki baxış zamanı divarlarda çatların yarandığı müəyyən edilib.

Bu barədə Bizim.Media-ya MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması, məktəb binasının təhlükəsiz istismarının təmin edilməsi məqsədi ilə təxirəsalınmaz tədbirlərin görülməsi barədə göstəriş verilib.

"Belə ki, 1 aprel 2026-cı il tarixindən etibarən təhsil müəssisəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
 

Tədrisin fasiləsizliyinin təmin edilməsi məqsədi ilə şagirdlərin yaxınlıqda yerləşən digər ümumi təhsil müəssisələrinə yönləndirilməsi və dərs prosesinə cəlb olunması həyata keçirilir. Hazırda Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən aidiyyəti qurumlarla birgə yaranmış vəziyyətin səbəblərinin araşdırılması və zəruri təmir-bərpa işlərinin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir.


Qeyd edək ki, proses nəzarətdə saxlanılır. Görülən işlər barədə ictimaiyyətə əlavə məlumat ictimaiyyətə təqdim olunacaq", - məlumatda vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO