
- A-
- A
- A+
Cəmiyyət
12:52 / 29.06.2025
1 dəq oxunma
Zəlzələsi zamanı Türkiyəyə yardım edən Hacı Allahverdi Ağayev HƏYATINI İTİRDİ
Hazırda oxunan: Zəlzələsi zamanı Türkiyəyə yardım edən Hacı Allahverdi Ağayev HƏYATINI İTİRDİ
257192
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Viləş kənd məscidinin imam müavini, tanınmış dindar və xeyriyyəçi Hacı Allahverdi Ataş oğlu Ağayev bu gün 65 yaşında dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Hacı Allahverdi Ağayev yalnız dini xidmətləri ilə deyil, eyni zamanda fədakar humanitar fəaliyyəti ilə də yadda qalıb.
Xüsusilə qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı onun gördüyü işlər yerli ictimaiyyətin hafizəsində dərin iz buraxıb.
Fövqəladə vəziyyətin yaşandığı günlərdə Hacı Allahverdi kənd sakinlərini yardım kampaniyasına səfərbər etmiş, ən çox yardım toplayan və həmin yardımları şəxsən aidiyyəti məntəqəyə təhvil verən şəxslərdən biri olmuşdu.
Sabutay, Bizim.Media, Cənub bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































