Şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid sabah dəfn ediləcək

Şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid sabah dəfn ediləcək

Hazırda oxunan: Şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid sabah dəfn ediləcək

190692

Sabah Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən dörd şəhidin dəfn mərasimi baş tutacaq. 

Bizim.Media "report.az"a istinadən xəbər verir ki, onlardan biri - Dadaşov Gülalı Məhəmməd oğlu Nizami rayonu Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn olunacaq. 

Qayımov Elşad Şirin oğlu Xaçmaz rayonu Hacıqurbanoba kəndində, Səfərov Asim Nadir oğlu Qəbələ rayonunun Qəmərvan kəndində, Həsənov Vüqar Telman oğlu Sabirabad rayonu Muğangəncəli kəndində torpağa tapşırılacaq. 

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən G.Dadaşov, E.Qayımov, A.Səfərov Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi basdırılmışdı. 
Bundan başqa, V.Həsənovun qalıqları isə Xocavənd rayonunun Edilli kəndində tapılan kütləvi məzarlıqda aşkarlanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO