
- A-
- A
- A+
Qobu parkdakı yanğına görə 50 nəfər təxliyyə OLUNDU
Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Qaradag rayonu, Müşviqabad qəsəbəsi Qobu park 2 yaşayış kompleksi bina 2 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 9-cu mərtəbəsindən qədər yerləşən elektrik şitində yanğın baş verdiyi və tüstülənmənin digər mərtəbələrə yayıldığı müəyyən edilib.
Tüstülənmə və kəskin iydən vətəndaşların həyatı üçün təhlükə yaranıb.
Operativ və çevik müdaxilə sayəsində yanğın qısa müddətdə söndürülüb. FHN-nin qüvvləri tərfində umumilikdə 50 nəfər təxliyyə olunub. Digər mənzillər yanğından mühafizə olunub.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































