Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - Video

Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - Video

Hazırda oxunan: Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - Video
649867
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan “Sülh Körpüsü” təşəbbüsünün 5-ci görüşündə iştirak edən azərbaycanlı və erməni nümayəndələrlə görüş keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının məlumatında bildirilir.

Görüş zamanı iştirakçılar Simonyana müxtəlif suallar ünvanlayıblar. Daha sonra tərəflər arasında fikir və mülahizə mübadiləsi aparılıb.

Qeyd edək ki, “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində beşinci görüş noyabrın 26-27-də Ermənistanda keçirilir. Tədbirdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin ümumilikdə 60 nümayəndəsi iştirak edir.

Görüşlərdə 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyi, iki ölkə arasında sülh prosesinin möhkəmləndirilməsi, qarşılıqlı etimadın artırılması, iqtisadi və ticarət əlaqələrinin inkişafı, regional kommunikasiyaların açılması, humanitar məsələlər, təhsil və gənclərlə əməkdaşlıq perspektivləri müzakirə olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO