TÜRKSOY Daimi Şurasının 40-cı iclası başa çatıb - FOTO 

TÜRKSOY Daimi Şurasının 40-cı iclası başa çatıb - FOTO 

Hazırda oxunan: TÜRKSOY Daimi Şurasının 40-cı iclası başa çatıb - FOTO 
159846
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə 13-14 oktyabr tarixlərində Şuşada keçirilən TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası başa çatıb. 

Bizim.Media xəbər verir ki, oktaybrın 14-də TÜRKSOY Daimi Şurasının 40-cı iclasının yekun tədbiri keçirilib. 

Mərasimdə çıxış edən mədəniyyət naziri Adil Kərimli iclasın çox uğurlu keçdiyini bildirib. Qeyd edib ki, iclasda qəbul olunmuş qərarlar həm TÜRKSOY, həm də onun üzv dövlətləri üçün faydalı olacaq. 

İclasda maliyyə məsələlərinin tənzimlənməsi, kadr qaydaları, vəzifə və iş qaydaları və s. məsələlər üzrə vacib qərarlar alınıb. 

Sonra mədəniyyət naziri Adil Kərimli, TÜRKSOY-un baş katibi Sultan Raev və quruma üzv olan ölkələrin nümayəndələri tərəfindən iclasda alınan qərarlarla bağlı sənədlərə imza atılıb. 

Xatırladaq ki, iki gün davam edən iclasda bir sıra görüşlər keçirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Qeyd edəki ki, TÜRKSOY Daimi Şurasının 41-ci iclası gələn ilin noyabr ayında Türkmənistanda keçiriləcək. 

TÜRKSOY Daimi Şurasının 40-cı iclası başa çatıb - FOTO  - foto 1
TÜRKSOY Daimi Şurasının 40-cı iclası başa çatıb - FOTO  - foto 2
TÜRKSOY Daimi Şurasının 40-cı iclası başa çatıb - FOTO  - foto 3

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO